...

“Həyəcan” siqnalı oğruya aman vermədi

Hadisə Materials 2 İyul 2016 11:48 (UTC +04:00)

Bakı. Trend:

Mağazada quraşdırılmış "həyəcan" siqnalı oğurluqla qazanılmış qəniməti xərcləməyə aman verməyib. Hadisə Bakıda baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 1-nə keçən gecə paytaxtın Nizami rayonunun Naxçıvanski küçəsindəki mağazalardan birindən Rayon Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən pəncərə şüşəsini sındıraraq oraya girmiş Oğuz rayon sakini Seymur Çələbiyev saxlanılaraq 24-cü PB-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti