Bakı. Trend:
Nərimanov rayonunda vətəndaşa məxsus “Qazel” markalı yük avtomobilinin salonu, mühərrik hissəsi və yaxınlıqda olan 40 kv.m sahədə məişət tullantıları yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.
Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.