...

Yenikənd su anbarında boğulan balıqçının cəsədi tapılıb (YENİLƏNİB)

Hadisə Materials 3 İyul 2016 18:17 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Yenikənd su anbarında 1 nəfər balıqçının batması barədə məlumat daxil olub
Yenikənd su anbarında boğulan balıqçının cəsədi tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

18:17 (GMT+4) Şəmkir rayonu, Yenikənd kənd ərazisində yerləşən su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 150 km aralı, nəzarətsiz ərazidə) balıq tutarkən boğulmuş 1956-cı il təvəllüdlü Qədimov Çingiz İbad oğlunun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, əməliyyat saat 16:15-də başa çatıb.

12:51 (GMT+4) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Yenikənd su anbarında 1 nəfər balıqçının batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti