...

Qobustanda ağır yol qəzası - 4 ölü

Hadisə Materials 12 İyul 2016 12:23 (UTC +04:00)
Qobustanda ölümlə nəticələnən ağır yol qəzası baş verib
Qobustanda ağır yol qəzası - 4 ölü

Bakı. Trend:

Qobustanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 11-də saat 10 radələrində Qobustan şəhərində Ərəbşalbaş kənd sakini Süleyman Süleymanovun idarə etdiyi “KamAZ” və Balakən rayon sakini Hacı Quliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində H.Quliyevin sərnişinləri - Bakı şəhər sakinləri Sevil Rzayeva, bacısı Rəsmiyyə, Müşfiq Həsənov hadisə yerində ölüb, özü və digər sərnişini, bacısı Ülkər xəstəxanaya yerləşdirilib, Ü.Quliyeva orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti