...

Tülkü kəndə hücum etdi (FOTO/VİDEO)

Hadisə Materials 15 İyul 2016 18:06 (UTC +04:00)
Zaqatalada tülkü kəndə hücum edib.
Tülkü kəndə hücum etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Zaqatalada tülkü kəndə hücum edib. Hadisə gecə rayonun Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, kənd sakini Elnur Musayev səhər saatlarında heyvanlara yem vermək məqsədilə toyuq hininə girdikdə gördüklərindən dəhşətə gəlib. Tülkü divardan keçərək həyətə soxulub, 7 hind quşunu, 15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb.

Kənd sakinlərinin qənaətinə görə indiyədək həmin tülkü 100-ə yaxın toyuq-cücəni öldürüb.

Ev sakini Elnur Musayev tələ qurmaq fikrinə düşüb. Axşam tülkü tələyə düşüb.

Ümumiyyətlə, sakinlər kənddə vəhşi heyvanların, eləcə də sahibsiz itlərin sayının artmasından gileylənirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti