Bakı. Trend:
Daşkəsəndə bədbəxt hadisə yaşanıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 8-10 yaşlı uşaq atdan yıxılaraq dünyasını dəyişib. Uşaq ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım (TTYX) gətirilsədə həkimlərin müdaxiləsinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.