Bakı. Trend:
Nardaran sakinləri silah-sursatı təhvil veriblər.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Azər Kazımov “TOZ-34” markalı tüfəngi, əvvəllər məhkum olunmuş Ramin Dadaşov isə “F-1” qumbara və 80 ədəd müxtəlif çaplı patronu könüllü olaraq 42-ci Polis bölməsinə təhvil veriblər.