...

FHN Şirvandakı partlayışla bağlı məlumat yaydı

Hadisə Materials 26 İyul 2016 17:27 (UTC +04:00)
26 iyul 2016-cı il tarixində saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş vermişdir.
FHN Şirvandakı partlayışla bağlı məlumat yaydı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvandakı partlayışla bağlı məlumat yayıb.

Trend FHN-in saytına istinadən xəbər verir ki, iyulun 26-da saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib.

Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb. Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti