...

Tərtərdə top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 29 İyul 2016 20:01 (UTC +04:00)
İyulun 29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında bir neçə partlayış yerinə baxış keçirib.
Tərtərdə top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

İyulun 29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında bir neçə partlayış yerinə baxış keçirib.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Ağdam rayonu Evoğlu kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb.

Tərtər rayonu Şıxarx kəndində 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Rayonun Qarağacı kəndində isə 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar olunaraq götürülüb.

Nəticə etibarilə gün ərzində 15 500 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti