...

Gecə paytaxtda yaşayış binasında yanğın olub

Hadisə Materials 26 Avqust 2016 09:08 (UTC +04:00)
Gecə saatlarında paytaxtda yaşayış binasında yanğın olub.
Gecə paytaxtda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Gecə saatlarında Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 16 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti