...

Mikroavtobusla evakuator toqquşub: 2 ölü, 3 yaralı (FOTO/VİDEO)

Hadisə Materials 30 Avqust 2016 16:10 (UTC +04:00)
Hadisə İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında qeydə alınıb.
Mikroavtobusla evakuator toqquşub: 2 ölü, 3 yaralı (FOTO/VİDEO)

Bakı. Trend:

İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında yol qəzası qeydə alınıb.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Qəbələdən Bakı istiqamətinə hərəkət edən Qəbələ sakini 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Bakı sakini 1968-ci il təvəllüdlü Fikrət Osmanova məxsus “Mitsubishi” markalı evakuatorla toqquşub.

Aldığı ağır xəsarətlərdən Qəbələ sakini 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı və 1982-ci il təvəllüdlü Sumqayıt sakini Talıbova Xəyalə Sabir qızı dünyasını dəyişib.

Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Musayev Fuad Şamil oğlu, Qəbələ sakinləri - 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti