...

Ağsuda pambıq tarlasında yanğın

Hadisə Materials 9 Sentyabr 2016 17:43 (UTC +04:00)
Bu gün gündüz saatlarında Ağsuda pambıq tarlası ərazisində yanğın olub.
Ağsuda pambıq tarlasında yanğın

Bakı. Trend:

Bu gün gündüz saatlarında Ağsuda pambıq tarlası ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bozavand kəndində vətəndaşa məxsus pambıq tarlasında qoşquya yığılmış 500 kiloqram pambıq bağlamasının 10 kiloqramı yanıb. Pambıq bağlamasının qalan hissəsi və yaxınlıqdakı pambıq tarlası yanğından mühafizə olunub.

Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti