...

Xaçmazda ağır yol qəzası - 1 yaralı (FOTO/ VİDEO)

Hadisə Materials 13 Sentyabr 2016 16:06 (UTC +04:00)
Gəndov-Yalama yolunun Qaradağlı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Xaçmazda ağır yol qəzası - 1 yaralı  (FOTO/ VİDEO)

Bakı. Trend:

Gəndov-Yalama yolunun Qaradağlı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, Qalağan kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlunun idarə etdiyi 27 BM 998 dövlət nömrə nişanlı “VAZ-21110” markalı avtomaşın yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti