...

Avtomobil dərəyə aşdı: ölən və yaralı var (FOTO/VİDEO)

Hadisə Materials 1 Oktyabr 2016 12:22 (UTC +04:00)
Ağcəbədidə ölümlə nəticələnən yol qəzası baş verib.
Avtomobil dərəyə aşdı: ölən və yaralı var (FOTO/VİDEO)

Bakı. Trend:

Ağcəbədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Trend ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Hüsürlü kəndində qeydə alınıb.

Rayon sakini Sadiq Məmmədova məxsus "VAZ 21010" markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Avtomobili idarə edən Mingəçevir şəhər sakini 31 yaşlı Vasif Əhmədov hadisə yerində ölüb. Bir nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti