Bakı. Trend:
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi Biləsuvar rayonunda əməliyyat keçirib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qurum əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədovdan 7 kiloqram tiryək aşkar edilərək götürülüb.