...

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Hadisə Materials 20 Oktyabr 2016 16:34 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abdulxaliq Kərimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abdulxaliq Kərimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Kərimov 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Əsədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, vətəndaşların etimadından istifadə edərək onlardan külli miqdarda pul alıb qaytarmamaqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti