Bakı. Trend:
İtaliyanın mərkəzində daha bir zəlzələ baş verib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, zəlzələ 6.2 bal gücündə olub.
Zəlzələ nəticəsində 2 nəfərin Viso şəhərində xəsarət aldığı bildirilir.
XXX
21:44
İtaliyanın mərkəzində 5.3 - 5.4 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, güclü yeraltı təkanları Roma sakinləri də hiss ediblər.