Sulavesi adasının yaxınlığında zəlzələ baş verib

Hadisə Xəbər 20 Noyabr 2016 04:28 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasının yaxınlığında 5.2 bal gücündə zəlzələ baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri 68 kilometr Sanqixe adasından cənub-şərqdə olub. Zəlzələnin ocağı 34 kilometr Sulavesi dənizinin səthi altında yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti