...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 27 Noyabr 2016 17:45 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, 2-ci otağın ev əşyaları 5 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti