Bakı. Samir Əli - Trend:
Gürcüstandan Azərbaycana külli miqdarda protexniki vasitə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 13800 ədəd pirotexniki vasitələr aşkar edilib.Faktla bağlı araşdırma aparılır.