Bakı. Trend:
Tovuz rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Əyyublu kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.