Bakı. Trend:
Xətai rayonunda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda yeni tikilən (hazırda yaşayış yoxdur) altımərtəbəli yaşayış binasının şaxtasından keçən 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi 12 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.