...

Qaradağda ölümlə nəticələnən qəza olub

Hadisə Materials 17 Yanvar 2017 11:04 (UTC +04:00)
Qaradağ rayonunun Səngəçal qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağda ölümlə nəticələnən qəza olub

Bakı. Trend:

Qaradağ rayonunun Səngəçal qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 7 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti