...

Sumqayıtda aptekdə psixotrop dərmanlar satan şəxslər yaxalanıb

Hadisə Materials 23 Yanvar 2017 13:04 (UTC +04:00)
Sumqayıtda aptekdə psixotrop maddələr satan şəxslər saxlanılıblar.
Sumqayıtda aptekdə psixotrop dərmanlar satan şəxslər yaxalanıb

Bakı. Trend:

Sumqayıtda aptekdə psixotrop maddələr satan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində satıcı işləyən Şirxan Əliyev və Rəcəb Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar.

Aptekə baxış zamanı 7030 ədəd "Tramadol", 250 ədəd "Tropi" və 275 ədəd "Paden" psixotrop dərmanlar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti