...

Siyəzəndə yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Hadisə Materials 30 Yanvar 2017 08:40 (UTC +04:00)
Siyəzəndə iki yük avtomobili toqquşub.
Siyəzəndə yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Siyəzəndə iki yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində "Reno Tir” markalı yük avtomobili ilə "Ford" markalı yük avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Reno Tir” yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürüçünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 03:04-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti