...

DİN Ağcabədidəki partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 20 Fevral 2017 11:44 (UTC +04:00)
Ağcabədi rayonunda partlayış baş verib.
DİN Ağcabədidəki partlayışla bağlı məlumat yayıb

Bakı. Trend:

Ağcabədi rayonunda partlayış baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, fevralın 18-də Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev həyətindən tapdığı "F-1" qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından baş vermiş partlayış nəticəsində sol əlindən xəsarət alıb.

Nəticədə Y.Əliyev xəstəxanaya yerləşdirilib və sol əlinin 2-ci (şəhadət) barmağı amputasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti