Bakı. İlhamə İsabalayeva - Trend:
Qobustanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ saat 13:03:03-də Qobustan ərazisində qeydə alınıb.
Zəlzələnin dərinliyi 43 km, maqnitudası 3,5 olub.
Zəlzələ hiss olunmayıb.