...

Salyanda ev yandı - Ər və arvad yanaraq öldü

Hadisə Materials 26 Fevral 2017 09:26 (UTC +04:00)
Səhər saatlarında Salyanda yanğın faktı qeydə alınıb.
Salyanda ev yandı - Ər və arvad yanaraq öldü

Bakı. Trend:

Səhər saatlarında Salyanda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəlüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəlüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti