...

Şəmkirdə 2 otaqlı ev yanıb

Hadisə Materials 21 Mart 2017 23:42 (UTC +04:00)
Şəmkir rayonu, Yeniabad kəndində yanğın qeydə alınıb
Şəmkirdə 2 otaqlı ev yanıb

Bakı. Trend:

Şəmkir rayonu, Yeniabad kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Yeniabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti