Bakı. Trend:
Nardaran sakini polisə gələrək silahını könüllü təhvil verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Xəlfəli Səmədzadə müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.