...

Ağcabədi və Sabunçuda yanğın olub

Hadisə Materials 24 Aprel 2017 09:10 (UTC +04:00)
Ağcabədi və Sabunçu rayonlarında yanğın baş verib.
Ağcabədi və Sabunçuda yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağcabədi və Sabunçu rayonlarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi rayonunda Fincə kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 54 m2 olan taxta konstruksiyadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları 25 m2 sahədə və tikilinin ətrafına yığılmış 1.5 ton ot bağlamasının 500 kq yanıb.

Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə paytaxtın Sabunçu rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti