Bakı. Trend:
Paytaxtda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda avtomobil yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 18 m² olan qarajın içərisində "MİTSHUBİSHİ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.