...

Şamaxıda laboratoriya otağında yanğın olub

Hadisə Materials 11 May 2017 20:02 (UTC +04:00)
Laboratoriya otağında əşyalar və qaz balonu yanıb.
Şamaxıda laboratoriya otağında yanğın olub

Bakı. Trend:

Şamaxı şəhərində dördmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan laboratoriya otağında 3 kvadratmetr sahədə əşyalar və qaz balonu yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti