...

“Sədərək” ticarət mərkəzində yanğın olub

Hadisə Materials 10 İyun 2017 23:32
Bakıda yanğın qeydı alınıb
“Sədərək” ticarət mərkəzində yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda yanğın qeydı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində ayrı-ayri vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib.

Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti