Bakı. Trend:
Salyanda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Beştalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və yanar konstruksiyaları 57 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.