Bakı. Samir Əli -Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmnin hökmü ilə A.Əsədov 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, A.Əsədov 2016-cı il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan "İkarus-256" markalı, 90-RS-434 dövlət qeydiyyat nişanlı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vuraraq üstündən keçib və yaralıya yardım göstərmədən hadisə yerini tərk edib. İ. Xankişiyev hadisə yerində dünyasını dəyişib.