...

Narkotiki ayaqqabısının dabanında gizlətsə də, ələ keçdi

Hadisə Materials 11 İyul 2017 15:22 (UTC +04:00)
İrandan ölkəyə narkotik gətirmək cəhdinin qarşısı alınıb.
Narkotiki ayaqqabısının dabanında gizlətsə də, ələ keçdi

Bakı. Trend:

İrandan ölkəyə narkotik gətirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti