Bakı. Trend:
Yaponiyanın Ayti prefekturasında İnuyama şəhəri sel suları altında qalmaq təhlükəsi ilə üzləşib. Trend-n məlumatına görə, neçə gündür aramsız yağan güclü yaöışlar səbəbindən şəhərin 74 min sakininin təxliyə edilməsi barədə qərar verilib.
Son məlumata görə, şəhərə 1 saat ərzində 120 millimetr yağış yağıb. Hazırda bütün şəhər sürüşmə təhlükəsi ilə üz-üzədir.