...

Qadın sürücü qəza törətdi - ölən var

Hadisə Materials 19 İyul 2017 12:08 (UTC +04:00)
Goranboyda qadın sürücü qəza törədib.
Qadın sürücü qəza törətdi - ölən var

Bakı. Trend:

Goranboyda qadın sürücü qəza törədib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.

Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti