...

Masallıda fermada yanğın olub

Hadisə Materials 27 İyul 2017 11:43 (UTC +04:00)
Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus fermada yanğın baş verib.
Masallıda fermada yanğın olub

Bakı. Trend:

Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus fermada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, fermanın ərazisində ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyadan ibarət talvarın 10 kv.m sahədə taxta atmaları və talvarın altına yığılmış 24 ton ot bağlamasının 11 tonu, digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti