...

Zaqatalada 150 ədəd fındıq ağacı yanıb

Hadisə Materials 29 İyul 2017 18:13 (UTC +04:00)
Zaqatalada yanğın qeydə alınıb
Zaqatalada 150 ədəd fındıq ağacı yanıb

Bakı. Trend:

Zaqatalada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Zaqatala rayonu, Çüdülübinə kəndində 7 ha quru ot, kol-kos və vətəndaşa məxsus bağ sahəsində 250 ədəd fındıq ağacının 150 ədədi qismən yanıb.

Fındıq bağı yanğından mühafizə olunub.

Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti