...

Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var

Hadisə Materials 2 Avqust 2017 14:32 (UTC +04:00)
Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib
Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var

Bakı. Trend:

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Trend-in məlumatına görə, davada 40-a yaxın adam iştirak edib.

Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub.

Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Münqişənin damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti