...

Dnizdə batan 28 yaşlı gəncin meyiti çıxarılıb (YENİLƏNİB)

Hadisə Materials 3 Avqust 2017 18:34 (UTC +04:00)
Neftçalada dənizdə batan 28 yaşlı gəncin meyiti çıxarılıb.
Dnizdə batan 28 yaşlı gəncin meyiti çıxarılıb (YENİLƏNİB)

Bakı. Trend:

Neftçalada dənizdə batan 28 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 8 km aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1989-cu il təvəllüdlü Təbriz Bağırov Abasət oğlunun cəsədi batdığı yerdə tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti