...

Ağcabədidə avtomobil sexi yanıb

Hadisə Materials 15 Avqust 2017 12:05 (UTC +04:00)

Bakı. Trend:

Ağcabədinin Taynaq kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 500 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti