...

Məişət tullantılarını kənar yerlərə atan 488 nəfər inzibati məsuliyyətə cəlb edilib

Hadisə Materials 16 Avqust 2017 17:57 (UTC +04:00)
Həmin şəxslərə ümumilikdə 79.610 manatdan artıq cərimələr tətbiq olunub.
Məişət tullantılarını kənar yerlərə atan 488 nəfər inzibati məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Məişət tullantılarını kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin iyul və avqust ayları ərzində nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən belə tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

Onlara tətbiq olunan cərimələrin məbləği 37.150 manat təşkil edib.

Ümumilikdə isə ilin əvvəlindən bu günədək məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 79.610 manatdan artıq cərimələr tətbiq olunub.

Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti