...

Ağstafada 5 ailənin yaşadığı ev yanıb (YENİLƏNİB)

Hadisə Materials 21 Avqust 2017 08:50 (UTC +04:00)
Ağstafada yanğın qeydə alınıb
Ağstafada 5 ailənin yaşadığı ev yanıb (YENİLƏNİB)

Bakı. Trend:

Ağstafada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ümumi sahəsi 600 m² olan birmərtəbəli barak tipli yaşayış evinin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub.

XXX

22:33

Ağstafada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində 5 ailənin məskunlaşdığı barak tipli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti