...

Sumqayıtda Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən şəxs tutulub

Hadisə Materials 21 Avqust 2017 13:37 (UTC +04:00)
Sumqayıtda Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən şəxs tutulub.
Sumqayıtda Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Sumqayıtda Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından və Regional Mədəniyyət və Turizm İdarəsindən mobil telefon, qol saatı, gödəkcə, idman çantası, noutbuk və elektron kart oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Mahmudov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti