...

Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyə edilib

Hadisə Materials 24 Avqust 2017 11:33 (UTC +04:00)
Sumqayıt şəhərində 5 mərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 26 kv.m olan 1 otaqlı mənzilin eyvanında yanğın baş verib.
Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyə edilib

Bakı. Trend:

Sumqayıt şəhərində 5 mərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 26 kv.m olan 1 otaqlı mənzilin eyvanında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, eyvanda 1 ədəd soyuducu, 2 ədəd taxtadan ibarət rəf 2 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti