...

İsmayıllıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 25 Avqust 2017 14:59 (UTC +04:00)
İsmayıllı rayonunda sahəsi 126 kv.m olan ikimərtəbəli ev yanıb.
İsmayıllıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

İsmayıllı rayonunda sahəsi 126 kv.m olan ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İsmayıllı kəndində 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 63 kv.m sahədə və evə bitişik yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.

Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti