...

Abşeronda və Biləsuvarda ev yanıb

Hadisə Materials 29 Avqust 2017 15:18 (UTC +04:00)
Biləsuvarın Aşağı Cürəli kəndində ümumi sahəsi 150 kv.m evdə yanğın baş verib.
Abşeronda və Biləsuvarda ev yanıb

Bakı. Trend:

Biləsuvarın Aşağı Cürəli kəndində ümumi sahəsi 150 kv.m evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ikimərtəbəli 8 otaqlı evin çardağı 50 kv.m sahədə və 1-ci mərtəbəsinə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Digər bir yanğın hadisəsi isə Abşeron rayonunda baş verib.

Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 20 kv.m olan otağında 8 kv.m sahədə ev əşyaları və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti